Bank Of Baku

Qubada aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar yazda davam etdiriləcək

Qubada aşkarlanan kütləvi məzarlıqda arxeoloji qazıntılar yazda davam etdiriləcək
# 29 yanvar 2008 14:25 (UTC +04:00)
Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan və əlverişsiz hava şəraiti ilə bağlı dayandırılan arxeoloji qazıntılar bu ilin yazında davam etdiriləcək. Bu barədə APA-ya məlumat verən ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev arxeoloji qazıntıların yeni mərhələsinin daha yüksək səviyyədə keçirilməli olduğunu bildirib: “Quba məzarlığının ermənilərin 1918-ci ildə Azərbaycanda törətdiyi soyqırım nəticəsində yarandığı artıq təsdiqlənib. Buna görə də arxeoloji qazıntılara daha artıq maliyyə vəsaiti ayırmaq və tədqiqatları yekunlaşdırmaq lazımdır”. Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən nəzarət olunan Qubadakı kütləvi məzarlıqdan bu günə kimi 161 insan kəlləsi aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR