Bank Of Baku

Milli QHT Forumuna yeni üzvlər qəbul olunub

Milli QHT Forumuna yeni üzvlər qəbul olunub
# 30 yanvar 2008 10:51 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumu (MQF) İdarə Heyətinin növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda fonda yeni QHT-lərin qəbulu və prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına keçiriləcək seçkilər müzakirə edilib. Bir neçə qurumun Milli QHT Forumuna qəbulu ilə üzvlərin sayı 453-ə çatıb. Forumun prezidenti Azay Quliyev “Azərbaycan Respublikası prezidenti yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün fevralda müxtəlif sahələr üzrə seçkilərin keçiriləcəyini deyib. Seçkilər insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, qaçqın, köçkün, əlil və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm və mədəniyyət, gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış QHT qrupları üzrə olacaq. A. Quliyev şuranın yaradılmasının forumun işinə və yerinə yetirdiyi vətəndaş cəmiyyəti quruculuğu missiyasına müsbət təsir göstərəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR