Bank Of Baku

Dünyanın bir sıra ölkələrində gənclər arasında “Azərbaycan haqqında nə bilirsiz?” adı altında müsabiqə keçiriləcək

Dünyanın bir sıra ölkələrində gənclər arasında “Azərbaycan haqqında nə bilirsiz?” adı altında müsabiqə keçiriləcək
# 30 yanvar 2008 12:19 (UTC +04:00)
“Azərbaycanda Gənclər Gününün qeyd olunması milli gənclər siyasətinin təməlinin qoyulması ilə bağlıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. Nazir müavini ölkə gənclərinin sosial rifahının yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ümumiyyətlə yeni nəslin milli ruhda formalaşması üçün dövlət tərəfindən lazımı addımların atıldığını bildirib: “Bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir. Müxtəlif toplantılarda, konfranslarda və yarışlarda Azərbaycan gəncliyi öz dəsti-xətti ilə seçilir. İnanıram ki, 2008-ci ildə də Azərbaycan gəncliyi bu nailiyyətləri davam etdirəcək”. Bu il də gənclik qarşısında böyük vəzifələrin dayandığını deyən İ. Babayev nazirlik tərəfindən bir sıra maraqlı layihələrin keçiriləcəyini vurğulayıb: “Beynəlxalq miqyasda Azərbaycanı təmsil etmək üçün proqram həyata keçirəcəyik. Proqram çərçivəsində bir neçə ölkədən olan gənclərlə Azərbaycan gənclərinin daha sıx əlaqələrinin qurulmasını planlaşdırırıq. Dünyanın bir sıra ölkələrində gənclər arasında “Azərbaycan haqqında nə bilirsiz?” adı altında müsabiqə keçiriləcək. Qalib gələn gənclər Azərbaycana səfər edəcək və Azərbaycanın mədəniyyəti və tarixi ilə yaxından tanış olacaq”. İ. Babayev hazırda ölkə əhalisinin 32 faizinin gənclərdən ibarət olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR