Bank Of Baku

Şimal bölgəsində hava şəraiti kəskinləşib

Şimal bölgəsində hava şəraiti kəskinləşib
# 31 yanvar 2008 07:35 (UTC +04:00)
Dünən axşam saatlarından başlayaraq Quba-Xaçmaz bölgəsinə güclü qar yağmağa başlayıb. APA-nın şimal bürosunun məlumatına görə, rayonlararası yollar buz bağlayıb. Bakı şəhərinə sərnişin daşıyan avtobusların hərəkəti məhdudlaşıb. Xaçmaz, Qusar və Quba rayonlarının icra hakimiyyətlərindən bildiriblər ki, rayonlara verilən təbii qazın və elektrik enerjisinin həcmi əvvəlki səviyyədədir. Bununla belə, soyuq hava şəraiti əhalinin gündəlik həyatında müəyyən problemlər yaradıb. Bəzi yaşayış məntəqələrində su xətləri donub, dağ kəndlərinə gediş-gəliş çətinləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR