Bank Of Baku

Əli Bayramlıda kommunal problemlərə həsr olunmuş tədbir keçirilib

Əli Bayramlıda kommunal problemlərə həsr olunmuş tədbir keçirilib
# 31 yanvar 2008 10:33 (UTC +04:00)
Əli Bayramlıda kommunal problemlərə həsr olunmuş tədbir keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Əli Bayramlı Regional İnformasiya mərkəzində Milli Demokratiya İnstitutunun təşkil etdiyi şəhərin “Bağ evləri” massivi adlanan ərazinin kommunal və sosial problemlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirin işində şəhər icra hakimiyyətinin, şəhər bələdiyyəsinin, təhsil şöbəsinin və DYP-nin nümayəndələri ilə yanaşı, Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə yeni direktoru İen Vudvord da iştirak edib. İ. Vudvordun tədbirdə iştirakı Milli Demokratiya İnstitutunun bölgələrdə yerləşən mərkəzlərinin iş fəaliyyəti ilə tanışlıq məqsədi daşıyıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR