Bank Of Baku

Masallı şəhərinə içməli su xətti çəkilir

Masallı şəhərinə içməli su xətti çəkilir
# 01 fevral 2008 08:25 (UTC +04:00)
“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Masallı şəhərinə içməli su xəttinin çəkilişinə başlanıb. Masallı Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın cənub bürosuna bildirilib ki, magistral xətt üzərində qurulmuş su qəbuledici və su ötürücü qurğular, 500 tonluq tutumu olan anbar və iki nasos stansiyası artıq hazırdır. Su mənbədən 315 millimetr diametrlik borulardan ötürüləcək. Şəhərin mərkəzinə isə 160-200 millimetrlik borular vasitəsilə saniyədə 30 kubmetr su paylanacaq. Bu məqsədlə Ərkivan qəsəbəsində 8 artezian quyusu qazılıb. Yaxın günlərdə şəhərdəki çoxmərtəbəli yaşayış binalarının su anbarlarının təmrinə başlanacaq və əlavə olaraq ayrı-ayrı yerlərdə 46 su kranı quraşdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR