Bank Of Baku

Dünya Məşğulluq Sammiti Azərbaycanda keçiriləcək

Dünya Məşğulluq Sammiti Azərbaycanda keçiriləcək
# 01 fevral 2008 13:56 (UTC +04:00)
“Bu il Bakı şəhərində V Ümumrespublika Gəncləri Forumunun keçirilməsi nəzərdə tutulub. Digər böyük tədbirimiz də Azərbaycanda Dünya Məşğulluq Sammitinin keçirilməsi olacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir Məşğulluq Sammitinə 700-dən çox nümayəndənin qatılacağını bildirib. O, bu il ərzində 2007-ci ildə keçirilən müsabiqə, festival və konkursların davam etdirilməsinin planlaşdırıldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR