Bank Of Baku

“Beynəlxalq Gənclər Mübadilə proqramları və Azərbaycan” mövzusunda tədbir keçirilib

“Beynəlxalq Gənclər Mübadilə proqramları və Azərbaycan” mövzusunda tədbir keçirilib
# 01 fevral 2008 14:04 (UTC +04:00)
Avropa Tələbələr Forumu - Bakı 2 Fevral - Gənclər Gününə həsr edilən “Beynəlxalq Gənclər Mübadilə proqramları və Azərbaycan” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, qurumun Bakı təşkilatının İdarə Heyətinin üzvü Emin Əmrullayev bildirib ki, qurum Avropanın təxminən 40 ölkəsinin 270-dən çox şəhərində fəaliyyət göstərir. Təşkilatın 17000-dən çox tələbəni üzvü var. Təşkilatın əsas məqsədi isə Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvü olduğu üçün bir çox gənc təcrübə mübadiləsi proqramlarında iştirak etmək imkanı əldə edib. Ancaq indiyədək Azərbaycan gənci bu proqramlardan yetərincə bəhrələnə bilməyib. O, Azərbaycan gənclərinin bu proqramda aktiv iştirak edəcəyinə inandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR