Bank Of Baku

Bir qrup gənc “Gənclər mükafatı” ilə təltif edilib

Bir qrup gənc “Gənclər mükafatı” ilə təltif edilib
# 01 fevral 2008 14:28 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi “2 Fevral - Azərbaycan gəncləri günü” münasibətilə 2007-ci ildə yüksək nailiyyətlər əldə edən yaradıcı və istedadlı gəncləri mükafatla təltif edib. APA-nın xəbərinə görə, nazirliyin təsis etdiyi “Gənclər mükafatı” elm, texnika, ədəbiyyat, kino, jurnalistika, ictimai-siyasi fəaliyyət və digər sahələri əhatə edir. Gənclər və idman naziri Azad Rəhimov çıxışında “Gənclər günü”nün Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli sərəncamı ilə elan olunduğunu bildirib: “Bu bayramla əlaqədar Azərbaycanda 10 ildən çoxdur ki, silsilə tədbirlər keçirilir. Biz çox şadıq ki, bu bayram artıq regionlarda da qeyd edilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR