Bank Of Baku

Əli Bayramlı və Hacıqabulda QİÇS-ə yoluxanların sayı təhlükəli həddə çatıb

Əli Bayramlı və Hacıqabulda QİÇS-ə yoluxanların sayı təhlükəli həddə çatıb
# 01 fevral 2008 15:19 (UTC +04:00)
Əli Bayramlı şəhəri və Hacıqabul rayonunda QİÇS-ə yoluxanların sayı təhlükəli həddə çatıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 2007-ci ildə Əli Bayramlıda 45, Hacıqabulda isə 44 nəfərin HİV virusuna yoluxduğu müəyyənləşib. QİÇS-ə yoluxanların tam dəqiqləşdirilməmiş ümumi sayı Əli Bayramlıda 98, Hacıqabulda isə 87 nəfərdir. QİÇS-ə yoluxmuş şəxsləri müəyyənləşdirmək üçün Əli Bayramlıda Regional Diaqnostik Laboratoriya fəaliyyət göstərir. Keçən ilin dekabrında laboratoriyaya müasir avadanlıqlar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR