Bank Of Baku

Latviyada Azərbaycan vətəndaşı kimi qaçqın statusu almış dörd nəfərin erməni olduğu güman edilir

Latviyada Azərbaycan vətəndaşı kimi qaçqın statusu almış dörd nəfərin erməni olduğu güman edilir
# 01 fevral 2008 15:39 (UTC +04:00)
Latviyada qaçqın statusu almış 4 nəfərin həqiqətən də Azərbaycan vətəndaşı olduğu hələlik təsdiqlənməyib. Məlumatlı mənbələrdən APA-ya məlum olub ki, həmin şəxslər barəsində qərar qəbul edilərkən Latviyanın Bakıdakı səfirliyinin və Latviya Xarici İşlər Nazirliyinin rəyi öyrənilməyib. Mənbə qaçqın statusunun erməni milliyyətindən olan şəxslərə verildiyini də istisna etmir. Onun bildirdiyinə görə, erməni millətindən olan şəxslər Avropa ölkələrində qaçqın statusu almaq niyyətlərindən miqrasiya xidməti məmurlarının məlumatsız olmasından istifadə edirlər. Mənbə Latviyada Azərbaycan vətəndaşlarına qaçqın statusu verən məmurun Latviya qanunvericiliyinə uyğun hərəkət etdiyini müəyyənləşdirmək üçün xidməti araşdırılma aparılacağı da istisna etməyib. Hazırda Latviyada xarici vətəndaşlara qeyri-qanuni olaraq Latviya pasportlarının verilməsi ilə bağlı cinayət işinin ictimaiyyətinin diqqətinə olmasını nəzərə alan mənbə hesab edir ki, özlərini Azərbaycan vətəndaşı kimi təqdim edən şəxslərə qaçqın statusu verilərkən şəxsi məqsədlərin güdüldüyü də araşdırılmasına ehtiyac olan əsas versiyalardandır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR