Bank Of Baku

Ötən il Azərbaycanın Ağstafa rayonunda yerləşən keçmiş hərbi bazanın ərazisində 177 270 partlamamış hərbi sursat tapılıb

Ötən il Azərbaycanın Ağstafa rayonunda yerləşən keçmiş hərbi bazanın ərazisində 177 270 partlamamış hərbi sursat tapılıb
# 02 fevral 2008 09:17 (UTC +04:00)
Ötən il “Partlamamış hərbi sursatların (PHS) təmizlənməsi üzrə Saloğlu layihəsi” çərçivəsində Ağstafa rayonunun Saloğlu kəndində yerləşən keçmiş sovet ordusuna məxsus hərbi bazanın ərazisində 2 511 637 kvadrat metr ərazi təmizlənib. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) PHS əməliyyatları üzrə mütəxəssisi Pərviz Gidayev məlumat verib. P. Gidayevin sözlərinə görə, ötən il Saloğluda 810 611 kvadrat metr yeraltı, 1 701 026 kvadrat metr yerüstü təmizləmə işləri aparılıb. Əməliyyatlar zamanı 177 270 ədəd müxtəlif PHS tapılıb. Həmin sursatlardan 64 588-i partladılma, 6354-ü yandırma üsulu ilə məhv edilib. Eyni zamanda 4 944 ədəd ağ fosforlu sursat və 7200 kq sursat qırıntısı və trotil komponentləri zərərsizləşdirilib.
Cari ilin yanvar ayında hava şəraitinin sərt keçməsi ilə əlaqədar əməliyyatların yalnız 5 gün davam etdiyini deyən P. Gidayev nəticədə cəmi 11 950 kvadrat metr ərazinin təmizləndiyini vurğulayıb: “Ərazidə, əsasən yeraltı təmizləmə əməliyyatları aparılır. Metal tullantıları çox olduğundan lokatorlarla işləmək həddən artıq çətinləşib”.
Qeyd edək ki, layihə çərçivəsində 2006-cı ilin yanvar ayından bu günədək Saloğluda ümumilikdə 5 683 769 kvadrat metr ərazi təmizlənib. Əməliyyatlar zamanı 289 116 ədəd PHS tapılıb. Onlardan 127 257-si partladılma, 8110-u yandırma üsulu ilə məhv edilib, 20 min ağ fosforlu sursat zərərsizləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR