Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi zorakılığa məruz qalmış qadınlara dəstək məqsədilə layihə həyata keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi zorakılığa məruz qalmış qadınlara dəstək məqsədilə layihə həyata keçirəcək
# 05 fevral 2008 12:34 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birlikdə zorakılığa məruz qalan qadınlara müxtəlif səpkili dəstək vermək üçün layihə həyata keçirəcək. Komitə sədri Hicran Hüseynova APA-ya bildirib ki, 1,6 il davam edəcək layihə çərçivəsində zorakılığa məruz qalmış qadınlara həm mənəvi dəstək veriləcək, həm onlar sığınacaq yerləri ilə təmin olunacaq. H. Hüseynova layihədə reabilitasiya mərkəzlərinin yaradılmasının da nəzərdə tutulduğunu deyib. Problemin böyük olduğunu diqqətə çatdıran komitə rəhbəri son illərdə Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün ciddi işlər görüldüyünü söyləyib: “Qadınların hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunub. Layihə bir dəfə müzakirəyə çıxarılsa da, hələlik qəbul edilməyib. Hesab edirəm ki, layihə yenə müzakirəyə çıxarılmalı və qəbul olunmalıdır. Bu qanunun qəbulu zorakılığa məruz qalan qadınların hüquqlarının təmin olunmasına şərait yaradacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR