Bank Of Baku

Azərbaycanda 200 nəfəri AİDS-ə yoluxdurmaqda təqsirləndirilən Elnarə Əhmədovaya sabah hökm oxunacaq

Azərbaycanda 200 nəfəri AİDS-ə yoluxdurmaqda təqsirləndirilən Elnarə Əhmədovaya sabah hökm oxunacaq
# 05 fevral 2008 13:57 (UTC +04:00)
Nəsimi rayon Məhkəməsindən APA-ya bildirilib ki, proses günün ikinci yarısında baş tutacaq.
Qeyd edək ki, Elnarə Əhmədova barəsində Cinayət Məcəlləsinin 140.1-ci maddəsi (bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma) üzrə cinayət işi başlanıb. Bu maddəyə görə, təqsirləndirilən şəxs 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Bu gün isə UNİCEF-in Azərbaycan nümayəndəliyi E. Əhmədovanın məhkəmə prosesi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, təşkilat insan alveri, fahişəlik və pornoqrafiyadan zərər çəkən qız uşağı ilə qurban deyil, xüsusi müdafiəsi olmayan cinayətkar kimi rəftar edilməsindən narahatdır: “O da təəssüf doğurur ki, gənc qızın fahişəliyə hansı şəraitdə cəlb edilməsi müəyyən edilməyib”.
UNİCEF hesab edir ki, uşaq olduğu zaman cinayət törətməkdə təqsirləndirilən uşaqlar əsas etibarilə beynəlxalq hüququ pozaraq onları cinsi istismar məqsədləri üçün cəlb edən və istifadə edən böyüklərin qurbanları kimi nəzərdən keçirilməlidir və belə uşaqların sosial reinteqrasiyasına kömək etmək lazımdır: “Ədalət mühakiməsi qarşısında təqsirləndirildiyi cinayəti törədərkən yaşı 18-dən az olan şəxslərlə onları xüsusi müdafiə ilə təmin edən beynəlxalq yuvenal ədliyyə standartlarına uyğun rəftar edilməlidir. UNİCEF gənc qızın insan hüquqlarını və ləyaqətini təmin etmək, ona reabilitasiya imkanları vermək, onu ayrı-seçkiliyin bütün formaları və rüsvayçılıq damğasından qorumaq istiqamətində bütün səyləri göstərməyə çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR