Bank Of Baku

Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycanın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin internet səhifəsi fəaliyyətə başlayıb
# 06 fevral 2008 11:18 (UTC +04:00)
Bakı.Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi fəaliyyətinin 2 illiyinə və veb-saytının təqdimatına həsr olunan tədbir keçirib. APA-nın xəbərinə görə, qurumun sədri Hicran Hüseynova komitənin fəaliyyəti dövründə bütün dövlət strukturlarının ailə, qadın, uşaq problemlərinin həllinə kömək göstərdiyini bildirib: “Gördüyümüz işlərlə kifayətlənmirik, yeni layihələr həyata keçirməyi planlaşdırırıq. Fəaliyyətimizin başlıca istiqamətlərindən birini maarifləndirmə təşkil edir”. Bu işdə kütləvi informasiya vasitələrinin yardımını xüsusi qiymətləndirən H. Hüseynova yaxın vaxtlarda “Cəmiyyət və ailə” mövzusunda müsabiqəyə start veriləcəyini söyləyib. O, www.scfwca.gov.az saytının KİV və ictimaiyyətlə əlaqələrin daha da genişlənməsi məqsədilə yaradıldığını deyib. BMT-nin koordinatoru Bruno Pouzo, millət vəkili Fuad Muradov və başqaları çıxış edərək komitənin erkən nikahlar, sahibsiz uşaqlar probleminin həllində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər. Tədbirin sonunda bir komitənin fəaliyyətini obyektiv işıqlandırdığına görə bir sıra qurum və KİV Fəxri Fərmanla təltif olunub. Təltif olunanlar arasında APA da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR