Bank Of Baku

BMT-nin Sosial İnkişaf Komissiyasının sessiyası başlayıb

BMT-nin Sosial İnkişaf Komissiyasının sessiyası başlayıb
# 06 fevral 2008 11:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Nyu-Yorkda BMT-nin Sosial İnkişaf Komissiyasının 46-cı sessiyası başlayıb. APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, iclasa Moldovanın BMT-dəki daimi nümayəndəsi Aleksey Tulbure sədrlik edir. Fevralın 15-nə kimi davam edəcək sessiyada əsas diqqət hər kəsin məşğulluq və layiqli işlə təmin olunması məsələsinə yönələcək. Bu mövzu üzrə aparılacaq müzakirələrin sonunda hökumətlərə tövsiyələrdən ibarət yekun sənəd qəbul ediləcək. Sessiyada ailənin, həmçinin əhalinin həssas təbəqələrinin, o cümlədən yaşlı insanları, əlillərin, uşaqların və gənclərin sosial müdafiəsi məsələləri də müzakirə olunacaq. Azərbaycanı sessiyada ölkənin BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR