Bank Of Baku

“Nümunəvi sürücü, nümunəvi marşrut” devizi altında yeni təhlükəsizlik aylığına start veriləcək

“Nümunəvi sürücü, nümunəvi marşrut” devizi altında yeni təhlükəsizlik aylığına start veriləcək
# 06 fevral 2008 12:11 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakı şəhər Sərnişinnəqliyyat Departamenti ilə birlikdə fevralın 10-dan yeni təhlükəsizlik aylığına start verəcək. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov bildirib ki, aylıq “Nümunəvi sürücü, nümunəvi marşrut” devizi altında keçiriləcək. Onun sözlərinə görə, artıq Daxili İşlər və Nəqliyyat nazirliklərinin rəyləri əsasında aylığın keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb. Aylığın keçirilməsi sərnişinlərə nümunəvi xidmət göstərilməsi, yol hərəkəti qaydalarının pozulması və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyır. Aylıq çərçivəsində nümunəvi sürücü və nümunəvi marşrut aşkarlanaraq mükafatlandırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR