Bank Of Baku

Əlillik sahəsində xidmət göstərən reabilitasiya mərkəzlərin fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Əlillik sahəsində xidmət göstərən reabilitasiya mərkəzlərin fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib
# 07 fevral 2008 10:04 (UTC +04:00)
Bakı.Fərid Əkbərov-APA. Estoniya Kan Günərzi Qayğı Mərkəzinin mütəxəssislərinin Azərbaycanda əlillik sahəsində xidmət göstərən reabilitasiya mərkəzlərinin mütəxəssisləri ilə əməkdaşlığına həsr olunan dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, “Göy Qurşağı” əlil uşaqların Reabilitasiya Mərkəzi direktoru Yeganə Məmmədəliyeva bildirib ki, tədbiri keçirməkdə məqsəd Azərbaycanda beynəlxalq donorların maliyyə dəstəyi ilə fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin maliyyələşdirilməsi mexanizmi, sosial reabilitasiya mərkəzlərinin modeli, idarəetmə, metodologiya və mütəxəssislərin beynəlxalq standartlara uyğun xidmət göstərmək bacarığı barədə məlumat verməkdir. Təhsil nazirinin müavini İradə Hüseynova Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət tərəfindən lazımi diqqətin göstərildiyini bildirib. Onun sözlərinə görə, 2005-ci ildə Nazirlər Kabineti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün dövlət proqramı təsdiq edilib: “Proqramın həyata keçirilməsi 30 illik dövrü əhatə edir. Bu məsələdə tələskənliyə yol vermək olmaz. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılmalııdır”. İ. Hüseynova nazirliyin uşaq evləri və internatlarda mütəmadi monitorinq keçirdiyini söyləyib. O, Azərbaycanın internat müəssisələrində 5000 uşağın qaldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR