Bank Of Baku

Tiflisdə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” proqramının idarəetmə komitəsinin illik iclası keçiriləcək

Tiflisdə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” proqramının idarəetmə komitəsinin illik iclası keçiriləcək
# 07 fevral 2008 15:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Fevralın 8-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) regional yardım proqramının idarəetmə komitəsinin illik iclası keçiriləcək. SCAD-dan APA-ya verilən məlumata görə, Cənubi Qafqazın hər üç ölkəsinin, eyni zamanda Avropa Birliyinin və BMT İP-nin səlahiyyətli nümayəndələrinin qatılacağı tədbirdə Azərbaycan nümayəndə heyətinə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov rəhbərlik edəcək. İclasda proqramın 5-ci mərhələsinin fəaliyyəti ilə bağlı hazırlanan ilkin hesabatla yanaşı, Azərbaycanda ilk dəfə olaraq narkotiklərdən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası ilə bağlı məsələlər, həmçinin qurumlararası əməkdaşlıq, qanunvericilik bazasının təkmilləşdirilməsi, maarifçilik, təbliğat və epidemioloji araşdırma sahələrini əhatə edən məsələlərlə bağlı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR