Bank Of Baku

Bərdədə ötən ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib

Bərdədə ötən ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib
# 07 fevral 2008 16:34 (UTC +04:00)
Bərdə.Teymur Quliyev-APA. Bu gün Bərdə rayon İcra Hakimiyyətinin (RİH) ötən ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə daxili işlər naziri Ramil Usubov, Prezident Aparatının məsul işçiləri və MM-ə Bərdədən seçilmiş millət vəkili Zahid Oruc iştirak edib. R. Usubov çıxışında bildirib ki, ölkənin iqtisadi inkişafında Bərdənin xüsusi yeri var. Rayonun bəzi kəndlərində su probleminin olduğunu deyən nazir problemin aradan qaldırılması üçün bu il Bərdədə nazirliyin vəsaiti hesabına 5 artezian quyusunun qazılacağını söyləyib. Nazir Bərdədə Qarabağ Musiqi məktəbinin inşasına da başlanacağını və bu işə şəxsən nəzarət edəcəyini bildirib. Son vaxtlar Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönələn səylərə toxunan nazir yerli ictimaiyyətdən bu işdə yerli asayiş keşikçilərinə yardımçı olmalarını xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR