Bank Of Baku

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakı və regionlarda antikorrupsiya təlimləri keçirib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Bakı və regionlarda antikorrupsiya təlimləri keçirib
# 08 fevral 2008 10:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Bakı mərkəzi Dövlət Yol Polisi İdarəsində, Sabunçu rayon Polis İdarəsində polis əməkdaşlarının iştirakı ilə seminarlar keçirib. İctimai birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində polis işçilərinə korrupsiyanın anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı, “Transparency İnternational” təşkilatı ilə bağlı məlumatlar iştirakçılarının nəzərinə çatdırılıb.
Təşkilatın yerli mərkəzləri isə Şəki və Oğuz rayonlarının kəndlərində əhali ilə görüşlər keçirib. Görüş ərzində mərkəzin hüquqşünasları könüllülərin köməyi ilə kənd əhalisi üçün mobil antikorrupsiya təlimini keçirib və əhaliyə yerində pulsuz hüquqi yardım göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR