Bank Of Baku

Kəlbəcər rayonundan olan məcburi qaçqınlar üçün yeni evlər tikilir

Kəlbəcər rayonundan olan məcburi qaçqınlar üçün yeni evlər tikilir
# 08 fevral 2008 10:26 (UTC +04:00)
Xanlar. Goranboy. Ayxan Hüseynov-APA. Xanların Murovdağ qəsəbəsində Kəlbəcər rayonundan olan 26 məcburi köçkün ailəsi üçün yeni evlərin tikintisinə başlanılıb. Bir və dörd otaqlı evlərin tikintisinin aprelin sonunda yekunlaşacağı gözlənilir. Kəlbəcər rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Məmməd Əlizadə APA-nın Qərb bürosuna bildirib ki, bu evlər mənzil şəraiti daha pis olan ailələrə veriləcək. Tikinti işləri Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Kəlbəcər rayonundan olan digər məcburi köçkünlərə evlərin tikilməsi üçün Kəlbəcər rayon icra hakimiyyəti Goranboy rayon ərazisindən 120 hektar torpaq sahəsi alıb. Burada tikiləcək evlərdə 550 qaçqının yerləşdirilməsi planlaşdırılır. Goranboy rayonu “Eko” qəsəbəsində vaqonlarda yaşayan qaçqın ailələri bu evlərdə yerləşdiriləcək. Sözügedən tikinti işlərinə isə yaxın aylar ərzində başlanılacaq. Qeyd edək ki, hal-hazırda respublika müxtəlif bölgələrində Kəlbəcərdən olan 63.800 məcburi köçkün yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR