Bank Of Baku

Ağdamda ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Ağdamda ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 08 fevral 2008 13:12 (UTC +04:00)
Ağdam.Teymur Quliyev-APA. Bu gün Ağdam rayon İcra Hakimiyyətinin ötən ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə daxili işlər naziri Ramil Usubov, Prezident Aparatının məsul işçiləri və Milli Məclisə Ağdamdan deputat seçilmiş Bəxtiyar Sadıqov iştirak edib. Tədbirdə 2007-ci ilin yekunları və 2008-ci ildə qarşıda duran məsələlər müzakirə olunub. Müşavirədə bildirilib ki, bağlanmış müqaviləyə əsasən, “Kür” kompüter zavodu rayonun bütün məktəblərini kompüter dəstləri ilə təmin etməlidir. Amma dəstlərin çoxunda printer və digər aksesuarlar çatışmır. Tədbirdə şirkət rəhbərliyi ilə əlaqə saxlayan R. Usubova bildirilib ki, bu ayın 20-dək çatışmayan ləvazimatlar Ağdam rayon təhsil şöbəsinə çatdırılacaq. Nazir çıxışında rayon ərazisində digər problemlərin aradan qaldırılmasına da dəstək olacağını deyib, nazirliyin vəsaiti hesabına 7 artezian quyusunun qazılacağını, 100 yerlik iki uşaq bağçasının təmir ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR