Bank Of Baku

Metronun “Neftçilər” stansiyasının yaxınlığında yaşayan əhali yaşıllıqların məhv olunmasına etiraz edir

Metronun “Neftçilər” stansiyasının yaxınlığında yaşayan əhali yaşıllıqların məhv olunmasına etiraz edir
# 11 fevral 2008 09:17 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. “Neftçilər” metro stansiyasının yaxınlığında yaşı 30 ildən yuxarı olan ağacların yerləşdiyi 2 hektardan artıq ərazi hasara alınıb. Nizami rayon İcra Hakimiyyətinin memarı Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsi Nizami rayon bələdiyyəsinin təqdimatı ilə həmin ərazidə məişət xidmət obyektlərinin inşa edilməsi barədə sərəncam verib. “8-ci kilometr qəsəbəsi”nin salınması prosesinin ötən əsrin 80-ci illərində başa çatdığını qeyd edən memar mövcud olan bütün kommunal xətlərin məhz həmin dövrə qədər inşa edilmiş binalara xidmət üçün nəzərdə tutulduğunu bildirib. Buna baxmayaraq, qəsəbənin müxtəlif yerlərində iri ağaclar kəsilir, yerində binalar və obyektlər inşa edilir. Ərazidə yaşayan sakinlər isə APA-ya müraciətlərində məişət xidməti obyektinə ehtiyacları olmadığını, yaşıllığa daha çox zərurət duyduqlarını bildiriblər: “Səsimizlə bələdiyyə üzvü seçilmiş şəxslər bizim rəyimizi də nəzərə almalıdırlar”. Şikayətçilər saldıqları yaşıllığı sonadək qoruyacaqlarını, bütün yuxarı instansiyalara müraciət edəcəklərini, lazım gələrsə, etiraz aksiyası keçirəcəklərini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR