Bank Of Baku

“Qarabağ Qaziləri” İctimai Birliyi Azərbaycan prezidentinə müraciət edib

“Qarabağ Qaziləri” İctimai Birliyi Azərbaycan prezidentinə müraciət edib
# 11 fevral 2008 09:51 (UTC +04:00)
Bakı.Məhbubə Qasımbəyli-APA. “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyəti Azərbaycan prezidenti İlham Əliyevə və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova əlillərin problemləri ilə bağlı müraciət edib. İctimai Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, bəzi dövlət məmurları prezidentin Qarabağ əlilləri üçün gördüyü xeyirxah işlərdən şəxsi məqsədləri üçün istifadə edirlər: “Bizə daxil olan məlumatlara görə, dövlət tərəfindən Qarabağ əlillərinə pulsuz verilən mənzillərin, avtomobillərin paylanmasında, protez ortopedik məmulatların verilməsində bir çox insanlardan rüşvət tələb etmə halları baş verir. Biz hesab edirik ki, belə neqativ hallar cəmiyyətdə Sizin təmənnasız gördüyünüz işlərin üzərinə kölgə salır. Xahiş edirik ki, aidiyyəti orqanlara yuxarıda qeyd etdiyimiz halın-bəzi məmurların Qarabağ əlillərindən rüşvət tələb etmə faktlarını araşdırılmasına və bunlar təsdiq edilərsə, günahkarların cəzalandırılmasına göstəriş verəsiniz”.
Müraciətdə Qarabağ əlillərinin pensiyalarının az olmasından narahatlıq da ifadə olunur: “Dövlət tərəfindən Qarabağ əlillərinə verilən 90-150 (orta hesabla) manat civarında pensiya nəinki onların kommunal xidmətlərin ödənilməsinə, dərman almağa, heç ailəsinin ərzağına belə yetmir. Xahiş edirik ki, Qarabağ əlillərinin pensiyasının nəzərə çarpacaq dərəcədə artırılması məsələsinə baxasınız”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR