Bank Of Baku

Dəm qazından boğulma halları azalıb

Dəm qazından boğulma halları azalıb
# 11 fevral 2008 10:44 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Son vaxtlar Azərbaycanda dəm qazından boğulma halları azalıb. Bu barədə APA-ya Kliniki Tibb Mərkəzinin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, qazdan boğulma hallarının azalması bir müddət əvvəl bununla əlaqədar baş verən ölüm faktları və kütləvi informasiya vasitələrində aparılan təbliğatla bağlıdır: “Yanvarın 20-dən indiyə kimi üç-dörd gündən bir boğulma halına rast gəlinir. Amma əvvəllər boğulanların sayı daha çox idi”. A. Maqsudov deyib ki, 2007-ci il dekabrın 20-dən bu il yanvarın 20-dək olan dövrdə Toksikologiya Mərkəzinə dəm qazından boğulma halı ilə bağlı 127 xəstə daxil olub. Onlardan ikisi dünyasını dəyişib. Qalan xəstələr isə yüngül və orta-ağır vəziyyətdə olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR