Bank Of Baku

Komitə sədri: “Azərbaycandakı məcburi köçkünlərin yemək xərcləri yaxın vaxtlarda artırılacaq”

Komitə sədri: “Azərbaycandakı məcburi köçkünlərin yemək xərcləri yaxın vaxtlarda artırılacaq”
# 11 fevral 2008 12:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Komitə sədri qarşıdakı 3-4 il ərzində məcburi köçkünlərin fin şəhərciklərindən yeni salınan qəsəbələrə köçürüləcəyini deyib. Onun sözlərinə görə, mərhələli şəkildə məcburi köçkünlər məktəblərdən və hərbi hissələrdən də çıxarılacaq. Yaxın vaxtlarda məcburi köçkünlərin yemək xərclərində artım olacağını deyən Ə. Həsənov hazırda bu məbləğin adambaşına 9 manat təşkil etdiyini bildirib: “Bu isə ümumilikdə 67 milyon manat deməkdir”. Ə. Həsənov fərdi evlərdə yaşayan məcburi köçkünlərlə bağlı məsələnin də dövlət başçısının göstərişi əsasında araşdırıldığını bildirib: “Bakı şəhərində 6 minə qədər məcburi köçkün fərdi evlərdə yaşayır. Onların sayı Sumqayıtda da çoxluq təşkil edir. Artıq yerli əhalinin hüquqlarının bərpa olunmasının vaxtı çatıb, bütün bu məsələlərlə bağlı araşdırma gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR