Bank Of Baku

İsrailli kulinar Yan Qitzelter: “Azərbaycan və İsrail kulinarları arasında iş birliyi imkanları araşdırılacaq”

İsrailli kulinar Yan Qitzelter: “Azərbaycan və İsrail kulinarları arasında iş birliyi imkanları araşdırılacaq”
# 11 fevral 2008 13:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Azərbaycan və İsrail kulinarları arasında iş birliyi imkanları araşdırılacaq”. Bu açıqlamanı APA-ya Bakıda səfərdə olan Azərbaycandan İsrailə mühacirət etmiş tanınmış aşpaz Yan Qitzelter verib. O bildirib ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovla görüşəcək və əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu gün tanınmış aşpaz İsrailin və MDB ölkələrinin Bakıdakı səfirləri üçün ziyafət verəcək, onlar üçün 4 növ yeməkdən ibarət şam yeməyi hazırlayacaq. Aşpaz bu gün Bakıda Yəhudi Mədəniyyət Mərkəzində master-klass keçirib, sabah Azərbaycan televiziyasında öz kulinar bacarığını nümayiş etdirəcək və Ərzaq Texnikumunda mühazirə oxuyacaq. Yan Qitzelter hesab edir ki, kulinariya ən sülhsevər peşədir: “Ləziz yeməklərlə bəzədilmiş gözəl süfrə arxasında daha tez anlaşmaq, istədiyin nəticəyə sakit və dinc yolla nail olmaq olur”. Kulinar Azərbaycan və İsrail mətbəxlərinin bir birinə çox yaxın olduğunu bildirib və bunu ölkələrimizin iqlim şəraitinin oxşarlığı ilə izah edib. Onun sözlərinə görə, İsraildə Azərbaycan mətbəxi çox populyardır. Tel-Əvivdə sahibi əslən Bakıdan olan “Qafqaz” restoranı fəaliyyət göstərir. Yan Qitzelterin sözlərinə görə, bu restoran Rusiyanın İsraildəki ilk səfiri, tanınmış siyasi şərhçi Aleksandr Bovinin ən sevimli yeri olub, o, burada hər gün nahar edib. “İncəsənət və qida” şirkətində çalışan və “İsrail plyus” telekanalında hər səhər veriliş aparan aşpaz qış aylarında müştərilərinə Azərbaycan mətbəxinə məxsus küftə-bozbaş, yay aylarında isə dovğa və doğramac hazırlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR