Bank Of Baku

Cənubi Qafqaz ölkələri arasında SCAD Proqramının beşinci mərhələsinin beş istiqamət üzrə həyata keçirilməsi ilə bağlı əməkdaşlıq razılaşdırılıb

Cənubi Qafqaz ölkələri arasında SCAD Proqramının beşinci mərhələsinin beş istiqamət üzrə həyata keçirilməsi ilə bağlı əməkdaşlıq razılaşdırılıb
# 11 fevral 2008 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Gürcüstanın paytaxtı Tiflisdə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının icra etdiyi “Cənubi Qafqaz Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramının İdarəetmə Komitəsinin illik iclası keçirilib. SCAD-dan APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, daxili işlər nazirinin I müavini Vilayət Eyvazov tədbir iştirakçılarına Azərbaycandakı narko durum barədə ətraflı məlumat verib. O, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların bu sahədəki fəaliyyətinin Azərbaycan hökuməti tərəfindən yaxşı qarşılandığını bildirib və IV mərhələsini uğurla başa vuran SCAD Proqramın fəaliyyətini yüksək qiymətləndirib. V. Eyvazovun sözlərinə görə, Azərbaycan hökuməti bundan sonra da bütün aparıcı ölkələr, habelə nüfuzlu beynəlxalq təşkilatlarla bu sahədə yaxından əməkdaşlıq etməyə və bunun sayəsində problemin qarşısının birgə almağa hazırdır.
Tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistanda SCAD Proqramının 5-ci mərhələsinin “Narkomaniya haqqında məlumatlandırma”, “Hüquqi yardım”, “Narkomanların müalicəsi və reabilitasiyası”, “Mətbuat və təhsil”, “Hüqüq-mühafizə orqanları arasında regional əməkdaşlıq” istiqamətləri üzrə həyata keçirilməsi ilə bağlı əməkdaşlıq razılaşdırılıb və təqdim olunan illik iş planı tədbir iştirakçılarının razılığı ilə təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR