Bank Of Baku

Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Azərbaycanın şəhər və rayonlarında QİCS-lə mübarizəyə həsr olunmuş seminar keçirəcək

Sahibkarlar Təşkilatları Milli Konfederasiyası Azərbaycanın şəhər və rayonlarında QİCS-lə mübarizəyə həsr olunmuş seminar keçirəcək
# 11 fevral 2008 14:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “İş yerlərində QİÇS-lə mübarizədə işəgötürənlərin rolu” layihəsi çərçivəsində respublikanın 8 rayonunda Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Bərdə, Ağcabədi, Beyləqan və İmişli rayonları, Bakı və Sumqayıt şəhərlərində seminarlar təşkil etməyi planlaşdırır. Konfederasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işəgötürənlərin maarifləndirilməsinə yönəldilən seminarlar ASK-nın trenerlər komandası tərəfindən aparılacaq. Trenerlər komandasını yaratmaq məqsədilə fevralın 18-20-də ASK-da trenerlərin treninq kursu keçiriləcək və 10 trener hazırlanacaq. Kursda ASK-nın ekspertlər qrupu tərəfindən hazırlanmış tədris vəsaitindən də istifadə olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi işəgötürənlərin HİV/ QİÇS-lə bağlı maarifləndirilməsi, iş yerlərində epidemiyanın təsirinin aradan qaldırılması məqsədilə profilaktik tədbirlərin icrasına cəlb etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR