Bank Of Baku

Lənkəranın bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində ciddi problem yaranıb

Lənkəranın bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində ciddi problem yaranıb
# 13 fevral 2008 08:20 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Lənkəranın bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində ciddi problem yaranıb. Rayonun Zövlə kənd sakinləri APA-nın cənub bürosuna bildiriblər ki, kənddəki elektrik dirəklərinin və naqillərin istismar müddəti başa çatıb. Bu səbəbdən xətlərdə tez-tez qəzalar baş verir və kənd sakinləri günlərlə işıqsız qalır. Sakinlər məsələ ilə bağlı Lənkəran Rayon Paylayıcı Elektrik Şəbəkəsinə (RPEŞ) dəfələrlə müraciət etdiklərini, ancaq heç bir tədbir görülmədiyini bildiriblər. RPEŞ-nin direktoru Qılman Rzayev sözügedən kəndin elektrik enerjisi ilə təminatında problem olduğunu təsdiqləyib. Q. Rzayev APA-nın cənub bürosuna bildirib ki, rayonunun bəzi yaşayış məntəqələrində elektrik dirəklərinin istismar müddətini başa çatıb: “Yaxın zamanlarda məsələ araşdırılacaq və əhalini narahat edən problemlər həllini tapacaq. Qəza vəziyyətində olan elektrik dirəkləri tezliklə dəyişdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR