Bank Of Baku

Baş Dövlət Baytarlıq İdarəsi Qaxda reydlər aparır

Baş Dövlət Baytarlıq İdarəsi Qaxda reydlər aparır
# 13 fevral 2008 09:47 (UTC +04:00)
Qax. Hafiz Heydərov-APA. Azərbaycan Respublikası Baş Dövlət Baytarlıq İdarəsi (BDBİ) Qax rayonunda donuzlar arasında “Afrika taunu” xəstəliyinin olub-olmaması ilə bağlı reydlər aparır. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon Baytarlıq İdarəsindən məlumat verilib. İki gündür, BDBİ-nin xüsusi komissiyasını üzvləri Qax rayonunun Əlibəyli və Qaxingilo kəndlərində reydlər keçirir, yerli əhalinin təsərrüfatında olan donuzlar arasında yoxlamalar aparır. Komissiya qrupu təsərrüfatlarda olan heyvanlardan qan analizi götürərək, “Afrika taunu” virusuna yoluxub-yoluxmadığını araşdırır. Yoxlamaların nəticəsi yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Qax rayonunda donuzçuluq təsərrüfatı əsasən, gürcülərin yığcam yaşadığı Əlibəyli və Qaxingilo kəndlərində mövcuddur. Bu kəndlərdə şəxsi təsərrüfatlarda təxminən 3500 baş donuz var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR