Bank Of Baku

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Kvemo Kartli bölgəsində yanacaq problemi yaranıb

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Kvemo Kartli bölgəsində yanacaq problemi yaranıb
# 14 fevral 2008 11:23 (UTC +04:00)
Tiflis. Kəmalə Həsənova-APA. Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Kvemo Kartli bölgəsinin bir neçə rayonunda yanacaq problemi yaranıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yaxınlıqdakı Qarayazı meşələrindən ağac kəsilməsi qadağan edilib. Sakinlər bildiriblər ki, satılan odunun qiyməti baha olduğundan almağa imkanları çatmır. Belə ki, bir maşın odunun qiyməti 600-700 lari (380-450 dollar) təşkil edir. Sakinlərin sözlərinə görə, ötən il onlara 5 kub-metr oduncaq almaq üçün çek verilib. Ancaq indiyədək bu çeklərin qarşılığında odun almaq mümkün olmayıb. Kvemo Kartli bölgəsinin qubernatoru Zurab Melikişvilin APA-nın Gürcüstan bürosuna bildirib ki, çek alan kənd sakinləri Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməlidir: “Nazirlik sakinlərə meşələrdə ağac kəsmək üçün xüsusi ərazi ayırıb. Çek alan və nazirliyə müraciət edən şəxslərə həmin ərazilərdə ağac kəsməyə icazə veriləcək. Bu çeklərin qarşılığında vətəndaşlardan heç bir haqq alınmır”. Qubernator deyib ki, bölgədə yeni su kəmərləri tikiləcək. Marneuli və Qardabani rayonlarında su kəmərlərinin çəkilməsi üçün 1700000 vəsait ayrılıb. Qubernator bu il Qırmızı körpü istiqamətində və Dmanisi rayonunda yolların bərpa ediləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR