Bank Of Baku

“Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi” layihəsinin təqdimatını keçirilib

“Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi” layihəsinin təqdimatını keçirilib
# 15 fevral 2008 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi” layihəsinin təqdimatını keçirib. APA-nın məlumatına görə, fondun sədri Namiq Axundov bildirib ki, layihə çərçivəsində bir il ərzində ölkənin 12 regionunda ictimaiyyəti məlumatlandırmaq və hüquqi maarifləndirmə məqsədilə tədbirlər təşkil olunacaq. Fondun icraçı direktoru Vasif Mövsümov layihənin Azərbaycanın regionlarını əhatə etməsinin təsadüfi olmadığını bildirib: “Çünki korrupsiya halları əsasən regionlarda daha çoxdur. Vətəndaşlar məmur özbaşınalığından əziyyət çəkir”. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Pərvin Quliyev dövlətin bu məsələdə siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırıb. Onun fikrincə, korrupsiya ilə mübarizədə əsas amil ictimaiyyətin aktivliyidir. O, vətəndaşları korrupsiya ilə mübarizədə dövlətə yardım etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR