Bank Of Baku

Zaqatalada 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

Zaqatalada 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib
# 15 fevral 2008 14:18 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Bu gün Zaqatalada 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib. İllik hesabat məruzəsi ilə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərindən danışıb. Rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan söz açan A. Əsgərov 2007-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Zaqatalada görülən işlərə 42 milyon 600 min manat məbləğində vəsait sərf olunduğunu bildirib. O, ötən il rayonda 100-dən çox yeni iş yeri açıldığını və işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Ötən il ərzində Zaqatalada görülmüş işlərə münasibətini bildirən R. Abdullayev isə ümumi nəticənin qənaətbəxş olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR