Bank Of Baku

Lənkəran bazarında reyd keçirilib

Lənkəran bazarında reyd keçirilib
# 17 fevral 2008 09:11 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatı, İqtisadi İnkişaf Nazirliyinin (İİN) rayon şöbəsi, Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 5 saylı ərazi idarəsi əməkdaşlarından ibarət briqada Lənkəran şəhər bazarında reyd keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, reyd əsasən bazar ərazisindəki topdansatış ticarət obyektlərini əhatə edib. Aparılan yoxlamalar zamanı satışa çıxarılmış ərzaq məhsullarının keyfiyyəti və onların hansı ölkədə istehsal olunduğu araşdırılıb. Nəticədə bir neçə topdansatış mağazasında sertifikatı olmayan, istehsal tarixi göstərilməyən müxtəlif ərzaq məmulatları, o cümlədən zeytun yağları, şirniyyat məhsulları və şirələr aşkarlanaraq dövriyyədən çıxarılıb. Həmçinin vaxtı ötmüş və standartlara cavab verməyən ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərinin sahibləri inzibati qaydada cərimələnib. Reyd zamanı tibbi kitabçaları olmayan satıcılar da aşkarlanaraq işdən uzaqlaşdırılıb. RGEM-in direktoru Habil Sadıqovun sözlərinə görə, bu cür reydlər mütəmadi xarakter daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR