Bank Of Baku

Azərbaycan parlamentində “Ölkədə narkomanlar və həbsdə olanlar arasında SPİD-in yayılması” mövzusunda konfrans keçiriləcək

Azərbaycan parlamentində “Ölkədə narkomanlar və həbsdə olanlar arasında SPİD-in yayılması” mövzusunda konfrans keçiriləcək
# 17 fevral 2008 09:50 (UTC +04:00)
Komissiya sədri son bir ildə ölkədə narkomanlar və həbsdə olanlar arasında SPİD xəstəliyinin yayılması ilə bağlı monitorinq keçirildiyini, yaxın günlərdə baş tutacaq konfransda həmin monitorinqin nəticələrinin müzakirə olunacağını deyib. H. Rəcəbli müzakirələrdə BMT-nin, Daxili İşlər, Ədliyyə nazirliklərinin və digər qurumların nümayəndələrinin iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, tədbirdə Azərbaycanda “SPİD-ə qarşı mübarizə haqqında” yeni qanunun qəbul olunması ilə bağlı məsələ də müzakirə ediləcək. Komissiya sədri ölkədə belə bir qanunun 1997-ci ildə qəbul olunduğunu, həmin sənədin bəzi müddəalarının köhnəldiyini söyləyib: “Bu sahədə beynəlxalq təcrübə öyrənilib. Ola bilsin ki, konfransda belə bir qanun layihəsinin hazırlanması üçün işçi qrup da yaradılsın”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR