Bank Of Baku

“Hüquqşünas qadınlar: “Problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib

“Hüquqşünas qadınlar: “Problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib
# 18 fevral 2008 10:50 (UTC +04:00)
Bakı.Fərid Əkbərov-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin birgə “Hüquqşünas qadınlar: “Problemlər və perspektivlər” mövzusunda konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın inkişafında hüquqşünas qadınların iştirakının genişlənməsinə xidmət etməkdir: “Qadınlar arasında hüquq maarifləndirmə işinin aparılmasında qadın hüquqşünaslarının üzərinə böyük məsuliyyət düşür”. Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda gender siyasətinin uğurla və məqsədyönlü şəkildə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi digər hüquq mühafizə orqanları ilə müqayisədə qadın hüquqşünasların ən çox çalışdığı dövlət strukturudur: “Nazirliyin Aparatındakı hər üç işçidən biri qadındır. Məhkəmə ekspertizası sahəsində çalışanların isə 50 faizindən çoxunu qadınlar təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR