Bank Of Baku

Masallıda uşaq və yeniyetmələr üçün protez-ortopedik mərkəzi tikiləcək

Masallıda uşaq və yeniyetmələr üçün protez-ortopedik mərkəzi tikiləcək
# 20 fevral 2008 09:12 (UTC +04:00)
Masallı. Ağaddin Babayev APA. Yaxın vaxtlarda Masallı şəhərində regional Qocalar Evinin tikintisinə başlanacaq. Masallı Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın cənub bürosuna verilən məlumata görə, Qocalar Evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə inşa olunacaq. Sosial obyektdə 30-dək şəxsin yaşaması və müalicə alması üçün şərait yaradılacaq. RİH-dən bildiriblər ki, Masallıda, həmçinin, 5-18 yaşlı uşaq və yeniyetmələr üçün protez-ortopedik mərkəzin də tikilməsi nəzərdə tutulub. Bu mərkəzdə isə 24 əlil uşağın eyni vaxtda müalicəsi mümkün olacaq. Hər iki obyektin layihə-smeta sənədləri hazırdır. Tikinti üçün 0,60 hektarlıq ərazi ayrılıb. Sözü gedən obyektlərin 2009-cu ildə istifadəyə verilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR