Bank Of Baku

Lənkəranda şəkərli diabet xəstələrinə “Qlükometr” cihazlarının verilməsinə başlanılıb

Lənkəranda şəkərli diabet xəstələrinə “Qlükometr” cihazlarının verilməsinə başlanılıb
# 20 fevral 2008 09:16 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Lənkəran Şəhər Sağlamlıq Mərkəzində diabetli xəstələrə qanda şəkəri ölçən fərdi “Qlükometr” cihazlarının və test lövhələrinin verilməsinə başlanılıb. Şəhər Sağlamlıq Mərkəzinin direktoru Zahir Axundovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda rayon üzrə 1664 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Artıq onlardan 250 nəfəri “Qlükometr” cihazı və test lövhələri ilə təmin olunub. Z.Axundov bildirib ki, bu cihazın köməyi ilə xəstələr qanlarında şəkərin miqdarına fərdi qaydada nəzarət etmək imkanı tapacaqlar. Qeydiyyatda olan bütün şəkərli diabet xəstələrin sözü gedən cihazla təmin edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR