Bank Of Baku

Zaqatalada ətin qiymətində artım müşahidə olunur

Zaqatalada ətin qiymətində artım müşahidə olunur
# 20 fevral 2008 09:26 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Fevralın 19-dan başlayaraq, Zaqatalada ətin qiymətində artım müşahidə olunur. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, artıq rayonun mərkəzi bazarında və ət dükanlarında mal əti 5, qoyun əti isə 6 manata satılır. Satıcılar qiymət artımını ölkə ərazisində ətin bahalaşması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, paytaxtda qiymətlərin artımı bölgələrə də təsirsiz ötüşmür. Zaqatala rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Həmzə Süleymanov APA-nın yerli bürosuna son iki gündə rayonda ətin qiymətinin 1 manat qalxması faktını təsdiqləyib. O, buna səbəb kimi respublika ərazisində ətin bahalaşmasını göstərib və rayon rəhbərliyinin qiymət artımının qarşısını almaqda çətinlik çəkdiyini söyləyib.
Qeyd edək ki, Zaqatalada bahalaşmadan əvvəl mal əti 4, qoyun əti isə 5 manata satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR