Bank Of Baku

İntiqam Babayev: Azərbaycanda internet istifadəçilərinin sayı Ermənistan və Gürcüstanın internet istifadəçilərinin ümumi sayından iki dəfə artıqdır

İntiqam Babayev: Azərbaycanda internet istifadəçilərinin sayı Ermənistan və Gürcüstanın internet istifadəçilərinin ümumi sayından iki dəfə artıqdır
# 20 fevral 2008 13:58 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “YUNESKO-nun açıqladığı rəqəmə görə, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı Ermənistan və Gürcüstanın internet istifadəçilərinin birgə sayından iki dəfə artıqdır. Bu, qısa müddətdə əmələ gələn bir rəqəmdir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bu gün Azərbaycan gənclərində yeni biliklərə, elmlərə yiyələnməyə, texnologiya və dil öyrənməyə böyük maraq var: “Bu intellektual səviyyənin daha da mükəmməl olması üçün istər bizim nazirlik, istərsə də ictimai qurumlar tərəfindən müasir dövrün tələblərinə, eyni zamanda bizim milli maraqlarımıza cavab verən yeni layihələr işlənməli və tətbiq olunmalıdır. Bu gün Azərbaycan gəncinin intellekti ona imkan verir ki, nəinki ölkə daxilində, beynəlxalq miqyasda müxtəlif olimpiada və bilik yarışmalarında müxtəlif fənlər üzrə qələbə əldə edərək vətənə dönsünlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR