Bank Of Baku

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Ağstafa sakinləri ilə görüş keçirib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Ağstafa sakinləri ilə görüş keçirib
# 20 fevral 2008 15:06 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün “Transparency İnternational” Təşkilatının Azərbaycan bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Ağstafa rayonunun Dağ Kəsəmən, Poylu və Qırlı kəndlərinin sakinləri ilə “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”, “İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi” layihəsinin maarifləndirmə komponenti çərçivəsində görüş keçirib. Təlim xarakteri daşıyan görüş zamanı kənd sakinlərinin nəzərinə korrupsiyanın anlayışı, onun səbəbləri, nəticələri və formaları haqqında, “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” icrası üzrə tədbirlər planı çatdırılıb. Görüşdə həmçinin sakinlərə “Transparency İnternational” təşkilatı və onun yerli bölməsi sayılan “Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyət istiqamətləri və təşkilatın həyata keçirdiyi “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi Layihəsinin fəaliyyəti və xidmətləri ilə bağlı məlumatlar verilib. Görüş zamanı mərkəzin əməkdaşları maarifləndirmədən əlavə, korrupsiya faktı ilə üzləşən əhaliyə yerində pulsuz hüquqi yardım göstəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR