Bank Of Baku

“Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına dəstək (AZPAC)” layihəsinin təqdimatı keçirilib

“Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına dəstək (AZPAC)” layihəsinin təqdimatı keçirilib
# 21 fevral 2008 09:18 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün “Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına dəstək (AZPAC)” layihəsinin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, USAİD və Avropa Şurasının təşkil etdiyi tədbirdə Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi, Prezident Aparatının əməkdaşı İnam Kərimov bildirib ki, layihə bağlı Bakıda və regionlarda silsilə tədbirlər keçiriləcək. USAİD-in Azərbaycan üzrə koordinatoru Skot Teylor çıxışında deyib ki, Azərbaycan Korrupsiya üzrə Mübarizə Strategiyasını yerinə yetirdikcə, korrupsiya ilə mübarizə sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmiş olacaq. S. Teylor korrupsiya ilə mübarizə sahəsində səmərəli addımların atılması üçün hökumət, biznes sektoru və mətbuatın birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Əliyev deyib ki, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq nə qədər dərinləşsə, cəmiyyətə məlumatlar təqdim olunsa, korrupsiyaya qarşı aparılan mübarizənin effekti bir o qədər böyük olar. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazasının yaradıldığını bildirən millət vəkili qanunların həyata keçirilməsində müəyyən problemlərin də olduğunu qeyd edib. Onun sözlərinə görə, komissiyaya və Baş Prokurorluqda fəaliyyət göstərən müvafiq quruma daxil olan şikayətlər göstərir ki, yerli icra orqanlarında müəyyən problemlər yaşanmaqdadır. Beynəlxalq ekspertlərin verdiyi qiymətə əsaslanaraq ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində işlər görüldüyünü qeyd edən millət vəkili prosesin daha da sürətlə getməsinin tərəfdarı olduqlarını bildirib. Daha sonra tədbirdə Avropa Şurasının uzunmüddətli məsləhətçisi Kventin Rid, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının əməkdaşı Vüsal Hüseynov çıxış edərək layihə barədə fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR