Bank Of Baku

Zərdabda 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Zərdabda 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 21 fevral 2008 15:12 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Bu gün Zərdab rayonunda 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın mərkəzi aran bürosunun məlumatına görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev bildirib ki, ötən il rayonda 1032 iş yeri açılıb, bunlardan 449-u daimidir. İl ərzində 366 ailəyə ünvanlı sosial yardım verilib. Problemlərə toxunan başçı deyib ki, rayonda həkim çatışmazlığı mövcuddur. İki kənddə ümumiyyətlə həkim yoxdur: “Kitabxanaların fəaliyyəti də qənaətbəxş deyil. Ötən il rayonun 15 kəndindəki orta məktəbləri bitirən məzunlardan bir nəfər belə ali məktəbə daxil olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR