Bank Of Baku

Bərdədə istedadlı uşaqların üzə çıxarılması ilə bağlı tədbir keçirilib

Bərdədə istedadlı uşaqların üzə çıxarılması ilə bağlı tədbir keçirilib
# 22 fevral 2008 07:32 (UTC +04:00)
Bərdə. Teymur Quliyev-APA. Bərdə rayon İcra Hakimiyyəti və gənclər və idman idarəsi xüsusi istedada malik uşaqların üzə çıxarılması ilə bağlı birgə tədbir keçirib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə 35-dək uşaq musiqi, idman, rəsm və digər sahələrdə bacarığını nümayiş etdirib. Tədbirdə fərqlənən istedadlı uşaqlara qiymətli hədiyyələr verilib. Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fəqət Şadlınskaya APA-nın Qarabağ bürosuna müsahibəsində bildirib ki, digər istedadlı uşaqların da üzə çıxarılması üçün may ayında növbəti dəfə eyni xarakterli tədbir keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR