Bank Of Baku

Balakəndə rayon rəhbərliyi ilə sahibkarlar arasında narazılıq yaranıb

Balakəndə rayon rəhbərliyi ilə sahibkarlar arasında narazılıq yaranıb
# 23 fevral 2008 11:17 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Balakəndə çoxlu sayda ticarət obyekti sökülüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sahibkarları məlumat verib. Sahibkarların dediyinə görə, ötən gün rayon rəhbərliyinin göstərişi ilə Mərkəzi Xəstəxananın qarşısında yerləşən 8 ticarət obyekti sökülüb. Onlar bu obyektlərin qanuni olmalarına dair əllərində sənədləri olduğunu da vurğulayıblar. Sahibkarlar obyektlərin sökülməsinə rayon rəhbərliyinin göstəriş verdiyini, bununla bağlı Prezident Aparatına və digər instansiyalara şikayət edəcəklərini də deyiblər. Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva isə APA-nın yerli bürosuna açıqlamasında faktı təkzib edib. O, sahibkarların şikayətinin əsassız olduğunu, ərazidə yalnız bir tikilinin söküldüyünü, onun da qanunsuz olduğunu deyib: “ Digər sahibkarlara isə xəbərdarlıq edilərək, ticarət obyektlərinin müasir memarlıq üslubunda düzəltmələri barədə göstəriş verilib”. M. Nuriyeva bu göstərişi obyektlərin olduğu ərazinin şəhərin mərkəzi küçələrindən biri olması ilə izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR