Bank Of Baku

Lənkəranda korrupsiya ilə mübarizəyə dair seminar keçirilib

Lənkəranda korrupsiya ilə mübarizəyə dair seminar keçirilib
# 24 fevral 2008 10:19 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev - APA. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) Lənkəran şəhər ərazi idarəsi və “Şəffaflıq Azərbaycan” korrupsiyaya qarşı mübarizə İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi” mövzusunda seminar keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri DƏDRX-nin Lənkəran şəhər ərazi idarəsinin rəisi Alim Məmmədov açaraq, DƏDRX-nin kollegiya qərarlarının ərazi idarəsində icrasını təmin edən tədbirlər barədə danışıb. Sonra “Şəffaflıq Azərbaycan” İB-nin hüquqşünası Ehtiram Fəttayev çıxış edərək, korrupsiya anlayışı, onun miqyası, formaları və nəticələri ilə bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. E. Fəttayevin sözlərinə görə, bu cür maarifləndirmə tədbirlərinin bölgənin digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR