Bank Of Baku

Azərbaycanda 622 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə və müsahibəyə sənəd qəbulu başa çatıb

Azərbaycanda 622 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə və müsahibəyə sənəd qəbulu başa çatıb
# 28 fevral 2008 08:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fevralın 8-də 31 dövlət orqanında 622 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə və müsahibəyə sənəd qəbulu fevralın 27-də başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu müddətdə komissiyada 146 vakant dövlət qulluğu vəzifəsinə qarşı 69 namizəd (61 kişi, 8 qadın) qeydə alınıb. Nəqliyyat Nazirliyi üzrə 1 yerə qarşı 1 namizəd irəli sürülüb. Dövlət Statistika Komitəsi üzrə 12 yerə qarşı 6 namizəd, Gənclər və İdman Nazirliyi üzrə 9 yerə qarşı 4 namizəd, Təhsil Nazirliyi üzrə 2 yerə qarşı 1 namizəd, İqtisadi İnkişaf Nazirliyi üzrə 7 yerə qarşı 2 namizəd, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi üzrə 1 yerə qarşı 1 namizəd, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 79 yerə qarşı 41 namizəd, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üzrə 30 yerə qarşı 13 namizəd qeydə alınıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə 2 yerə, Milli Arxiv İdarəsi üzrə 2 yerə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üzrə 1 yerə namizəd qeydə alınmayıb. Komissiyadan bildirilib ki, fevralın 12-də isə Sənaye və Energetika Nazirliyində 15 vakant dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibədə iştirak etmək üçün aparılan sənəd qəbulu martın 3-ü, saat 18.00-dək davam edəcək. İndiyə qədər bu dövlət orqanı üzrə 11 namizəd qeydə alınıb. Fevralın 27-dək 29 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 476 vakant dövlət qulluğu vəzifəsinə qarşı 697 namizəd qeydə alınıb. Onlardan 562-si kişi, 135-i qadındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR