Bank Of Baku

Rafael Hüseynov: “Novruz beynəlxalq bayram kimi qeyd olunacaq”

Rafael Hüseynov: “Novruz beynəlxalq bayram kimi qeyd olunacaq”
# 28 fevral 2008 16:11 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “YUNESKO Novruz Bayramını beynəlxalq bayram kimi qəbul etməyə hazırlaşır”. Bu barədə APA-ya mədəniyyət və turizm nazirinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə tərtib etdiyi təkliflər hələ 3 il əvvəl bu quruma göndərilib: “Bu bayramı bir ölkəyə aid etməyən YUNESKO Azərbaycan alimi Rafael Hüseynovun da iştirak etdiyi Tehran konfransından sonra Novruzu Şərq ölkələrinin ortaq mərasimi sayır”.
Millət vəkili Rafael Hüseynov APA-ya bildirib ki, YUNESKO-nun Mədəni İrs Konvensiyası çərçivəsində ayrı-ayrı xalqların yaratdığı mədəni irs nümunələri mühafizə edilir: “YUNESKO bu kontekstdə 3 il əvvəl Novruz Bayramı ilə əlaqədar bir layihəni gerçəkləşdirməyə başladı. Əvvəlcə İran müraciət etmişdi ki, Novruz Bayramı onların mədəni sərvəti kimi həmin konvensiya çərçivəsində qorunsun. Amma Azərbaycan, eləcə də dünyanın bir çox ölkəsi məsələ qaldırdı. Nəticədə YUNESKO belə qərara gəldi ki, ayrı-ayrı ölkələrin iştirakı ilə konfrans keçirsin və bu bayramı yalnız İranın, Türkiyənin deyil, ənənəvi olaraq qeyd edən xalqların ümumi bir bayramı kimi qəbul etsin”. R. Hüseynovun sözlərinə görə, YUNESKO-nun xətti ilə 3 il əvvəl Tehranda 12 ölkənin iştirakı ilə keçirilən konfransdan sonra Novruzun beynəlxalq bayram kimi qəbul olunması ilə bağlı razılaşma əldə olunub: “YUNESKO Novruzun gələcəkdə necə qeyd edilməsi sorğusu ilə konfrans iştirakçısı olan ölkələrə müraciət göndərdi. Bu ölkələrdən, o cümlədən Azərbaycandan göndərilən təkliflər paketi əsasında YUNESKO yekun fəaliyyət proqramını formalaşdırdı. Bu proqram çərçivəsində YUNESKO xalqların dostluğu və əməkdaşlığına şərait yaradan bu bayramın gələcəkdə daha geniş səviyyədə bayram edilməsi ilə bağlı addımlar atılmasını planlaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR